Xəbər lenti

Yevlaxda Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib - Fotolar

Tarix: 16-05-2025 13:29     Baxış: 756

 

Hesabat iclasının iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin müqəddəs xatirəsini ehtiramla yad ediblər. 

Mubarizciler.az xəbər verir ki, Hesabat iclasında Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı  Anar Tağıyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və rayon ağsaqqalları iştirak ediblər.

YAP Yevlax rayon təşkilatında keçirilən hesabat iclasında Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və vətənizimin azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad olunub.

Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında ağsaqqalların Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən, uğurlu ordu quruculuğundan, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından və ölkənin ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli rolundan bəhs edərək milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyinin danılmaz olduğunu vurğulayıb. 

Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov illik hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Şuranın üzvləri gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat maarifləndirmə tədbirlərində yaxından iştirak edirlər.

 Çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri-Sərdar Məmmədov, Vahid Quliyev, Hümbət Əhmədov və Eldəniz Mustafayev ölkəmizdə ağsaqqallara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar