Xəbər lenti

Seymur Orucov növbəti dəfə səyyar qəbul keçirib FOTOLAR

Tarix: 14-05-2025 23:42     Baxış: 1 351

Seymur Orucov Pirili kəndində növbəti dəfə vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Pirili kənd tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. 

RİH başçısı çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin möhkəm əsaslar üzərində qurduğu müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edib beynəlxalq nüfuzunu ildən-ilə artırmaqla nəinki regionun, dünyanın lider ölkələri sırasında inamla qərarlaşıb. Sarsılmaz milli birlik və həmrəylik, siyasi və iqtisadi müstəqillik, ordumuzun daim güclənməsi ilə Qalib Azərbaycanı növbəti illərdə daha böyük uğurlar və zəfərlər gözləyir. Möhtərəm Prezidentimizin Birinci vitse-prezident Mehriban Əliyeva ilə mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərləri, yeni sosial obyektlərin açılışları, təməlqoyma mərasimlərinin keçirilməsi Böyük Qayıdış proqramının uğurlu icrasının, eyni zamanda, ölkəmizin iqtisadi və hərbi qüdrətinin bütün dünyaya təzahürüdür. Səyyar qəbulda müxtəlif məzmunlu təklif və müraciətləri dinlənilən vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin qanunamüvafiq qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıq və müvafiq tövsiyələr verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar