Xəbər lenti

Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilməsində mərhum Heydər Əliyev həlledici rol oynayıb FOTOLAR

Tarix: 14-05-2025 21:58     Baxış: 1 155

Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilməsində mərhum Heydər Əliyev həlledici rol oynayıb.

Mubarizciler.az ın məlumatına görə, Şeyxülislam özü bu barədə danışıb

70-ci illərin sonunda, on birinci Şeyxülislam, axund Mirqəzənfər İbrahimovun vəfatından sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə yeni rəhbər seçmək üçün namizədlər müəyyən olunur. 6 namizədin içində gənc Allahşükür Paşazadənin də adı var idi. Qurultaydan əvvəl bu namizədlərin sənədləri baxılmaq üçün Mərkəzi Komitəyə göndərilir.

Şeyxülislamın sözlərinə görə, özü də, digərləri də onun Şeyxülislam seçiləcəyinə inanmırdılar. Lakin QMRİ-nin qurultayında Allahşükür Paşazadə yekdilliklə sədr seçilir. Bu A.Paşazadə üçün də gözlənilməz olur.

Sonralar Şeyxülislam bunun detallarını öyrənə bilib.

QMRİ-nin qurultayı ərəfəsində Şeyxülislamlığa namizədlərin sənədləri Azərbaycan Kommunist Partiyasının Birinci katibi Heydər Əliyevə təqdim olunub:  “Sənədləri onun yanına aparan adam sonralar mənə danışırdı ki, anket məlumatlarından görünürdü ki, namizədlərin hamısı çox yaşlıdır. Heydər Əliyev də sənədlərlə tanış olduqdan sonra mənim anketimi oxuyub və əlini mənim sənədimin üstünə qoyaraq deyib ki, qoy bu cavan oğlan olsun Şeyxülislam.  Çox sonralar Heydər Əliyevin qəbulunda olanda  mənə dedi ki, “Şeyx, mən o vaxt icazə verdim sənin sədr olmağına…”-deyə QMİ sədri açıqlamışdı.

Sovet dövründə QMİ-nin qapalı fəaliyyəti gənc Şeyxin seçilməsi ilə canlanmış oldu.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar