Xəbər lenti

İcra başçısı Şəhid atasının yas mərasimində iştirak edib FOTOLAR

Tarix: 14-05-2025 21:16     Baxış: 714

Tərtər rayonunun Seydimli kəndində Vətən Müharibəsi şəhidi Aysənan Abbasovun atası Əsgər Abbasovun qırx mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirovla birlikdə yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Qeyd edək ki, şəhid Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.

Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə-Şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.  

Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı-5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb. 

Aysənanın xatirəsinə ehtiram əlaməti olaraq Seydimli kəndində onun adına xatirə abidəsi ucaldılıb.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar