Xəbər lenti

Orxan Abbasov vətəndaşların müraciətlərini dinləyib FOTOLAR

Tarix: 14-05-2025 21:04     Baxış: 539

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 14.05.2025-ci il tarixdə Priverdilər kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Pirverdilər kəndində keçirdiyi səyyar qəbulda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. 

Prezident  cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunması barədə tapşırıqlarına uyğun olaraq Daşkəsən rayonunun bütün yaşayış məntəqələrində sakinlərlə görüşlərin mütəmadi keçirildiyini, bunun artıq ənənə xarakteri daşıdığını vurğulayan icra başçısı Orxan Abbasov ötən müddət ərzində Qabaqtəpə kənd inzibati ərazi vahidliyinə daxil olan Pirverdilər kəndində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını qeyd edib. Rayon rəhbəri diqqətə çatdırıb ki, Pirverdilər kəndi ərazisində hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü salınaraq sakinlərin istifadəsinə verilmiş, o cümlədən Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun tikintisi yüksək səviyyədə aparılaraq, 2023-cü ildə başa çatdırılması nəticəsində kəndin bu sahədə olan problemi tam öz həllini tapmış, insanların gediş-gəlişi asanlaşmış, ərazidə yeni iş yerlərinin açılmasına, kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına və təsərrüfatların genişlənməsinə şərait yaranmışdır. Habelə əhalinin fasiləsiz elektrik enerjisi, rabitə, içməli su ilə təminatı və məşğulluğunun artırılması daim diqqətdə saxlanılır.

Sonra sakinlərin müxtəlif mövzularla bağlı müraciətləri dinlənilib.

Müraciətlərin bir qismi yerində həll edilib. İcrası araşdırma və vaxt tələb edən məsələlər aidiyyəti qurumlara tapşırılaraq, nəzarətə götürülüb, müvafiq tədbirlər müəyyənləşdirilib.

Qəbulda iştirak edən Pirverdilər kənd sakinləri müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, hər zaman onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.  




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar