Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboyda “İctimai Şura” nın yeni tərkibdə ilk iclası keçirildi FOTOLAR

Tarix: 13-05-2025 17:28     Baxış: 1 967

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sahələrdə mövcud problemlərin araşdırılmasında  və təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini vermişdir. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-İVQ nömrəli  Qanununda mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün qurumların  nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçki nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdir.

Mubarizciler.az xəbər verir ki, rayonun ağsaqqal, ziyalı və ictimai fəallarının birgə iştirakı ilə “İctimai Şura” nın  yeni tərkibdə ilk iclası keçirildi.

 İclasda, müvafiq seçki əsasında, Şuraya yeni sədr, müavin və katibin seçilməsi məsələsi və şuranın gələcək fəaliyyət istiqamətləri  müzakirə edildi, şura üzvlərinin yekdil qərarı ilə yeni sədr, müavin və katib seçildi. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin fəalları dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sahələrdə mövcud problemlərin, xüsusən də vətəndaş müraciətlərinin araşdırılmasında  və təkliflərin hazırlanmasında “İctimai Şura” nın fəaliyyətinin məqsədəmüvafiq olduğunu, idarəetmə və digər sahələrdə şəffaflıq və dürüstlüyün təmin olunması baxımından əhəmiyyətini vurğuladılar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar