Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Anar Məmmədovun təşəbbüsü ilə Tərtərdə açılış mərasimi keçirilib - Yenilənib+Fotolar

Tarix: 10-05-2025 22:29     Baxış: 1 554

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Qaradağlı kəndində 200 ailəyə texniki su çəkilib.

Mubarizciler.az xəbər verir ki, açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Anar Məmmədov su çəkilişi münasibətilə sakinləri təbrik edib, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Açılış mərasimindən sonra millət vəkili Anar Məmmədov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaradağlı kəndindən şəhid olan Aslan Hüseynovun ailəsinin yaşadığı evdə olublar.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar