Xəbər lenti

İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Yenilənib+Fotolar

Tarix: 09-05-2025 20:25     Baxış: 1 071

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 3200 KVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.

Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilib. Tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə bu yarımstansiya “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam-Əsgəran-Xocalı-Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq.

Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə isə şəbəkələrin cari vəziyyətinə dair bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə toplanılır və emal olunur, avadanlıqlar məsafədən idarə edilir və real vaxtda monitorinqi rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Yarımstansiya bu məqsədlə yeni nəsil rəqəmsal texnologiyalar və idarəetmə avadanlıqları ilə təchiz edilib.

Bu Mərkəz şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Yarımstansiyadan qidalanan istehlakçılara elektrik enerjisi verilişində yaranan fasilələr barədə Mərkəz vasitəsilə real vaxt rejimində əvvəlcədən məlumat ötürülmə imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin elektrik şəbəkələrinə inteqrasiyası prosesi Rəqəmsal İdarəetmə Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunduğundan enerji təchizatında fasilələrin yaranma riski minimuma endirilib. Mərkəz alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiyanın işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir.

Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib, ərazisində elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar