Xəbər lenti

Goranboyda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

Tarix: 08-05-2025 23:52     Baxış: 1 932

YAP Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, YAP Goranboy rayon təşkilatının Təhsil şöbəsi ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir.

Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə ilk öncə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  və Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirdi ki, Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi-Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir. 

Sonra çıxış edən YAP üzvləri, Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində misilsiz xidmətləri, Azərbaycanın inkişafı istiqamətindəki tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Tədbirdə  Təhsil sahəsində çalışmış, Partiya veteranları Rəddin Məmmədov, İsgəndər Səklikov və İbrahim Həsənov Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə Partiya tərəfindən Fəxri Fərmanla təltif edildilər.

Tədbirin bədii hissəsində şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar