Xəbər lenti

Seymur Orucov səyyar qəbul keçirdi FOTOLAR

Tarix: 08-05-2025 18:22     Baxış: 994

Seymur Orucov Ağstafanın Gürcüstanla həmsərhəd olan Sadıqlı kəndində növbəti dəfə vətəndaşları dinləyib.

Mubarizciler.az xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Ağstafa RİH başçısının Sadıqlı kənd tam orta məktəb binasında təşkil olunan vətəndaşların növbəti səyyar qəbulunda yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə məsul şəxslər və kənd sakinləri iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, rayon mərkəzindən 54 km məsafədə yerləşən Sadıqlı, o cümlədən rayonun bütün yaşayış məntəqələrinin sakinləri “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla yaşadıqları ünvanları tərk etmədən rahat şəkildə istənilən məzmunlu müraciətlərini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilərlər. Bu dövlətimizin yerlərdə vətəndaş məmnunluğunu təmin etmək, əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanmış addımlardan biridir.

Kənd ağsaqqalları, Fərhad Hacıyev və Tahir Musayev çıxış edərək ölkəmizin bütün sahələrdəki dinamik inkişafına, ictimai-siyasi sabitliyk və əminamanlığına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ağstafalılar adından dərin minnətdarlıqlarını ifadə ediblər.

Qəbulda vətəndaşların qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar