Xəbər lenti

İcra başçıları “Sun City Naftalan”da şəhid ailələrini ziyarət ediblər FOTOLAR

Tarix: 08-05-2025 15:13     Baxış: 1 568

Yevlaxlı Şəhid ailələri Naftalanda istirahət edir.

Xalqımızın azadlığı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri dövlətin və cəmiyyətin daim diqqət və qayğısı ilə əhatə olunurlar. 

Naftalan və Yevlax İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan sosial layihə çərçivəsində Yevlax şəhərindəki bir qrup şəhid ailəsi beynəlxalq turizm mərkəzi Naftalan şəhərində fəaliyyət göstərən “Sun City Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müayinədən keçərək müalicə alır, istirahət edirlər.

Mubarizciler.az xəbər verir ki, Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov və Yevlax RİH-nin başçısı  Anar Tağıyev “Sun City Naftalan”da şəhid ailələrini ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.

Görüş zamanı vurğulandı ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ailələr hər zaman dövlətin xüsusi himayəsindədir. Torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələrinə göstərilən bu diqqət onların müqəddəs fədakarlığına verilən ən ali dəyərin ifadəsidir.

Səmimi söhbət zamanı Şəhid ailələri onlara, eləcə də bütün şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib, onların müalicə və istirahəti üçün yaradılan şəraitin diqqət və qayğının əyani təzahürü olduğunu bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar