Gəncədə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş basketbol yarışı keçirilib FOTOLAR
Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş basketbol yarışı keçirilib.
Mubarizciler.az xəbər verir ki, 8-11-ci sinif şagirdləri arasında keçirilən şagirdlərarası basketbol yarışında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.
300-dək şagirdin iştirak etdiyi basketbol yarışında çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ümumi təhsil müəssisələrində təhsilalanların sağlamlığının və təhlükəsizliyinin təmin olunması, onların zərərli vərdişlərdən qorunması və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında danışıb. İdarə müdiri mütəmadi olaraq idman yarışlarının keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Məktəb, məktəblərarası və region olmaqla 3 mərhələdə keçirilən yarışın yekun final mərhələsinin nəticələrinə əsasən qızlar arasında I yerə Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli, II yerə Gəncə şəhər 19 nömrəli, III yerə isə Göygöl rayon Xəqani kənd tam orta məktəbin komandası layiq görülüb. Oğlanlar arasında I yerə Gəncə şəhər 15 nömrəli tam orta məktəbin, II yerə Gəncə şəhər 29 nömrəli, III yerə isə Göygöl rayon Xəqani kənd tam orta məktəbin komandası layiq görülüb.
Viktorina yarışında isə I yerə Goranboy rayon ümumi təhsil müəssisələrinin şagirlərindən ibarət komanda layiq görülüb.
Yekunda qalib komandalar təltif ediliblər.
Xəbəri paylaş



