Elçin Kərimov şəhid ailələri ilə görüş keçirib FOTOLAR
“Konstitusiya və Suverenlik İli” və ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, görüşdə şəhid ailə üzvləri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin müdir müavinləri və sektor müdirləri iştirak ediblər.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının problemlərinin vaxtında həllinə nail olunması olduğunu vurğulayıb. Ümumilli lider Heydər Əliyevin hakimiyyəti illərində olduğu kimi, bu gün də ölkəmizdə şəhid ailələrinin, eləcə də döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
Şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər.
Daha sonra şəhid ailələrinin müraciətləri dinlənilib, onların qayğıları öyrənilərək, söhbətlər aparılıb.
Göstərilən diqqət və qayğıya görə şəhid yaxınları ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş



