Xəbər lenti

Sabirabadda Polisin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib FOTOLAR

Tarix: 06-05-2025 20:36     Baxış: 1 386

Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Türkədi və Narlıq kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşlərdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov “ağ ölüm” kimi tanınan və cəmiyyətin ən böyük bəlasına çevrilən narkotiklərin insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb.

Məktəblilərə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən qətiyyətli tədbirlərin həyata keçirildiyini qeyd edib.

Erkən nikahların fəsadları mövzusunda da çıxış edən R.Qədirov məktəblilərə dəyərli tövsiyələr verərək təhsillərində uğurlar arzulayıb.

Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarxlar nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar