Xəbər lenti

Ağstafada Ağsaqqallar Şurasının fəaliyyətinə dair hesabat konfransı keçirilib FOTOLAR

Tarix: 06-05-2025 18:06     Baxış: 3 465

Ağstafa Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə dair hesabat konfransı keçirilib.

Ağstafa RİH başçısı aparatının inzibati binasında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin abidəsini  ziyarət edərək önünə gül dəstələri düzüblər.

 Konfransda Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş nitqi söyləyən Seymur Orucov qeyd edib ki, cəmiyyətdə hər zaman ağsaqqallara xüsusi diqqət göstərən, onları Azərbaycanın milli-mənəvi dəyərləri kimi yüksək qiymətləndirən Ulu Öndərin qayğısı hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək ağsaqqalların cəmiyyətin həyatında proseslərin tənzimlənməsində xüsusi rolundan danışıb. Sədr müavini gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Sonra Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayev illik hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayon Ağsaqqallar Şurasının bütün üzvləri rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əllərindən gələni əsirgəmirlər.

Rayon ziyalıları Gülgün Kərimov, Qurban Həmidoğlu, Nəriman Mehdiyev, Nizami Əfəndiyev və Fəxrəddin Fəxiyev çıxışlarında ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli roludan söz açıb, ölkəmizdə ağsaqqallara göstərilən yüksək diqqətə, ölkəmizin bütün sahələrində əldə olunan yüksək nəaliyyətlərə, höküm sürən ictimai-siyasi sabitlik və əminəmanlığa görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Təşkilati məsələlər müzakirə olunaraq Ağsaqqallar Şurasının fəaliyyəti qənaətbəxş hesab olunub. Konfrans işinə uğurla yekun vurub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar