Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Daşkəsəndə TİKA ilə görüş keçirilib FOTOLAR

Tarix: 06-05-2025 18:01     Baxış: 889

Mayın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğu tərəfindən Daşkəsən şəhəri ərazisində LED lampalı işıq dirəklərinin quraşdırılması layihəsinin təfərrüatları ilə bağlı görüş keçirilib.  Mubarizciler.az xəbər verir ki, görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və RİH-nin məsul şəxsləri iştirak ediblər.

Görüş zamanı layihənin əhəmiyyəti, şəhərin infrastrukturunun yenilənməsi və işıqlandırma sisteminin müasirləşdirilməsi istiqamətində görülən davamlı işlərdən söz açan icra başçısı Orxan Abbasov bildirib ki, TİKA tərəfindən həyata keçiriləcək bu təşəbbüs də Daşkəsən sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, şəhər mühitinin daha təhlükəsiz və rahat olmasına töhfə verəcəkdir.

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop iki qardaş ölkə – Türkiyə və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulayıb.

TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə layihənin icra prosesindən və gələcək planlardan bəhs edib, bənzər təşəbbüslərin davamlı olacağını bildirib.

Sonda tərəflər birgə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar və layihənin icrası nəzərdə tutulan küçələrə baxış keçiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar