Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Ağstafada “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı intellektual bilik yarışının qalibləri mükafatlandırılıb FOTOLAR

Tarix: 05-05-2025 18:08     Baxış: 3 654

Ağstafada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı intellektual bilik yarışının qalibləri mükafatlandırılıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil müəssisələrinin komandaları arasında keçirilən “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı intellektual bilik yarışının qalibləri mükafatlandırılıb.

Mubarizciler.az xəbər verir ki, RİH başçısı aparatının inzibati binasında təşkil olunan tədbirdə Seymur Orucov qalib komandaların üzvlərini qəbul edərək onları Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif edib.

İntellektual bilik yarışının yekun nəticələrinə əsasən Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası 1-ci, Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin “Avey” komandası 2-ci və Muğanlı kənd tam orta məktəbin “Tağlar” komandası 3-cü yerə layiq görülüblər.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında təşkil olunan könüllülük təlimlərini uğurla keçən Nəcəfova Zəhra Teyyub qızı da müvafiq Sertifikata layiq görülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar