Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

AFAD-dan əhaliyə xəbərdarlıq 0

Tarix: 20-02-2023 23:36     Baxış: 1 130

Bu gün Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra dəniz səviyyəsinin qalxması riskinə qarşı sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib.

MUBARİZCİLER.AZ xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın yaydığı xəbərdarlıqda Hatayda zəlzələlərdən sonra əlaqədar qrupların həyəcan vəziyyətində olduğu və bildirişlərə operativ reaksiya verildiyi bildirilib.

“Hatayın Defne rayonunda 6,4, Samandağ rayonunda isə 5,8 bal gücündə iki zəlzələ olub. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı ehtiyat tədbiri olaraq sahil zolağından uzaq durmaları vacibdir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə - Livan, Suriya, Kipr, Suriya və İsraildə, ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar