Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Sabirabad Polisinin təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib FOTOLAR

Tarix: 02-05-2025 12:33     Baxış: 1 365

Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ulacalı və Mürsəlli kənd tam orta məktəblərində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşlərdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib.

Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən şöbə rəisi gənc nəslin sağlam böyüməsinin,  valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıb. 

Erkən nikahların fəsadları barədə çıxış edən digər iştirakçılar isə yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək məktəblilərə dəyərli tövsiyələr veriblər. 

Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar