Naftalanda gənc idmançılara idman geyimləri, toplar hədiyyə edilib - FOTO 0
Naftalanda gənc idmançılara idman geyimləri, toplar hədiyyə edilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və AFFA-nın birgə təşkilatçılığı ilə şəhərdə gənc idmançılarla görüş keçirilib.
MUBARİZCİLER.AZ-ın məlumatına görə, Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Millət vəkilləri Anar Məmmədov, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Arzu Nağıyev iştirak edib.
Görüşdə icra başçısı qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu idman və gənclər siyasəti sağlam gələcəyin formalaşmasında vacib rol oynayır. Bu gün bu siyasətin nəticəsidir ki, digər sahələr kimi, ölkəmiz idman sahəsində də çoxsaylı uğurlar əldə edib, dünyada idman ölkəsi kimi tanınır. Həmçinin, ölkə başçısının 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə insanların sağlamlığı və bütövlükdə idmanın inkişafı üçün verdiyi tapşırıq və tövsiyələrə əsasən ŞİH tərəfindən əhalinin fiziki aktivliyini təmin etmək məqsədilə parklarda müxtəlif idman qurğularının quraşdırıldığını vurğulayıb.
Millət vəkili Rauf Əliyev layihənin uğurla həyata keçirildiyini və minlərlə uşaq və yeniyetmələrin cəlb olunduğunu bildirib.
Millət vəkili Anar Məmmədov “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinə əsasən tədbirlərin keçirilməsinin Naftalanda da idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib. Millət vəkili Arzu Nağıyev vurğuladı ki, bu layihə dövlət başçısının 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində tədbirdə iştirak edən 40 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Görüşün sonunda gənc futbolçular və məşqçilərlə birgə simvolik oyun keçirilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və idmana maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Xəbəri paylaş