Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboyda yanğın təhlükəsizliyi ilə bağlı iclas keçirildi FOTOLAR

Tarix: 01-05-2025 11:47     Baxış: 1 232

Goranboy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı iclas keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Seymur Nazarovun rəhbərliyi, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin iştirakı ilə yanğın təhlükəsizliyi ilə bağlı iclas keçirildi.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi məsələləri ilə yanaşı, yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi diqqətə çatdırıldı. Biçilmiş taxıl sahələrinin, quru otun, kol-kos və məişət tullantılarının yandırılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verildi, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulandı. Kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, digər dənli və texniki bitkilərin yanğından qorunması tək yanğın təhlükəsizliyi qurumları əməkdaşlarının deyil, eləcə də təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin, məhsul yığımında iştirak edən bütün əməkçilərin ümdə vəzifəsi olması və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə cinayət məsuliyyətinin yaranması tədbir iştirakçılarının diqqətinə çatdırıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar