Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Elçin Kərimov “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri ilə görüşüb FOTOLAR

Tarix: 30-04-2025 22:12     Baxış: 1 393

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov “Nə? Harada? Nə zaman?” intellektual yarışının Bakı şəhərində təşkil edilən Respublika çempionatlarında qalib olan müəllimlərlə görüşüb. 

Mubarizciler.az xəbər verir ki, İdarə müdiri müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Belə yarışlarda iştirakın meəllimlərin dünya görüşünün, intellektual səviyyəsinin artırılması, həmçinin onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsində vacib olduğunu vurğulayıb. 

Qeyd edək ki, müəllimlərdən ibarət komandalar arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual yarışının Bakı şəhərində təşkil edilən Respublika çempionatlarında Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin “Kayzen” komandası və Goranboy rayon M.Səfərov adına Qaradağlı kənd tam orta məktəbin, M.Dosiyev adına Qızılhacılı 2 nömrəli tam orta məktəbin və Göygöl rayon Üçtəpə kənd tam orta məktəbin müəllimlərindən ibarət “The masters” komandası I yerə layiq görülüblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar