Xəbər lenti

Ucar polisinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib FOTOLAR

Tarix: 30-04-2025 18:58     Baxış: 1 218

Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Rəstəcə kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az ın məlumatına görə, görüşdə RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Qoşqar Kazımov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb.

 O, “ağ ölümün” qurbanına çevrilən gənclərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu bildirərək, bu bəlanın geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyünü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduqlarını qeyd edib.

Daha sonra çıxış edən digər iştirakçılar keçirilən tədbirlərin mahiyyətindən danışaraq şagirdləri maraqlandıran sualları cavablandırıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar