Xəbər lenti

Deputatlar Goranboyda fəaliyyət göstərən futbol klublarının üzvləri ilə görüşdülər - FOTOLAR 0

Tarix: 20-02-2023 18:46     Baxış: 1 940

Milli Məclisin deputatları Goranboyda fəaliyyət göstərən futbol klublarının üzvləri ilə görüşdülər.

Milli Məclisin deputatları Anar Məmmədov, Arzu Nağıyev və deputat, AFFA-nın vitse-prezidenti  Rauf Əliyev  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində, Goranboy rayonunda oldular. 

MUBARİZCİLER.AZ-ın məlumatına görə, Rayon İcra Hakimiyyətinin inzibati binasında deputatlarla görüşən İcra Başçısı Məhərrəm Quliyev,  öncə qonaqları  inzibati binada, Ümummilli Lider Heydər Əliyev və Möhtərəm Prezident  cənab İlham Əliyevin Goranboy rayonuna müxtəlif dövrlərdə etdiyi səfərlərə həsr olunmuş  fotosərgilərlə tanış etdi. Sonra qonaqlar rayon Olimpiya İdman Kompleksində  idmanın müxtəlif növləri, o cümlədən futbolun inkişafı üçün yaradılmış mövcud  əlverişli şəraitlə yaxından tanış oldular. 

 Rayonda fəaliyyət göstərən futbol klublarının üzvləri ilə görüşən qonaqlar,  Deputat Anar Məmmədovun təşəbbüsü və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının  dəstəyi ilə  futbolçulara  idman geyim-forma dəstləri və futbol topları təqdim etdilər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar