Xəbər lenti

Baş prokuror Çində səfərdə olmuş nümayəndə heyətini qəbul edib FOTOLAR

Tarix: 30-04-2025 14:54     Baxış: 476

Aprelin 30-da Baş prokuror Kamran Əliyev 20-28 aprel tarixlərində Çin Xalq Respublikasında tədris səfərində olan nümayəndə heyəti ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Baş prokuror bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri nəticəsində iki ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu xüsusda, prokurorluq orqanları arasında ikitərəfli münasibətlərin inkişafı və “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” Anlaşma Memorandumunun icrası məqsədilə prokurorluq əməkdaşlarının tədris səfərinin önəmi qeyd edilib.

Qarşılıqlı müzakirələr formatında keçən görüşdə prokurorluğun müxtəlif struktur qurumlarının əməkdaşları tərəfindən səfər zamanı əldə olunan səmərəli təcrübə ilə bağlı Baş prokurora məruzə edilib.

Məruzələrdə xüsusilə Çin prokurorluq sistemində süni intellekt texnologiyalarının tətbiqi, kriminalistika sahəsində qabaqcıl metodlar, ictimai maraqların müdafiəsi, dövlətin hüquqi maraqlarının təmin olunması məqsədilə prokurorluq tərəfindən mülki iddiaların qaldırılması, eləcə də hüquqi tədris və elmi tədqiqat sahəsindəki yanaşmaların Azərbaycan prokurorluğunun mövcud təcrübəsi ilə müqayisə və müzakirələr aparılıb.

Yekunda Çinlə qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə müsbət töhfə verəcəyindən əminliyini ifadə edən Baş prokuror hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar