Xəbər lenti

Sabirabad polisinin təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib FOTOLAR

Tarix: 30-04-2025 12:56     Baxış: 938

Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Nərimankənd və Qaratəpə kənd tam orta məktəblərində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib. 

Mubarizciler.az xəbər verir ki, tədbirlərdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşlərdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov dövrümüz ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər.

Erkən nikahların fəsadları barədə də çıxış edən polis rəisi yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.

Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar