Xəbər lenti

Gəncədə PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edəcək ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib FOTOLAR

Tarix: 29-04-2025 20:49     Baxış: 805

Şagirdləri PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edəcək ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İdarənin müdir müavini Elmin Məmmədtağıyev, idarə əməkdaşları və məktəb direktorları iştirak ediblər.

Görüşdə çıxış edən Elçin Kərimov PISA–Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən iştirak etdiyini, 2025-ci ildə isə region üzrə Gəncə şəhərindən 6, Göygöl rayonundan 3, Goranboy və Daşkəsən rayonlarının hər birindən 1 olmaqla ümumillikdə 11 məktəbin şagirdlərinin tədqiqatda iştirak edəcəklərini bildirdi. 

Qeyd edək ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatdır. Tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq və tədqiqatda ölkə üzrə 8 mindən artıq şagird iştirak edəcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar