Xəbər lenti

"Ağ göyərçinlər" layihəsi uğurla davam edir FOTOLAR

Tarix: 29-04-2025 12:19     Baxış: 1 316

“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Ağ göyərçinlər" layihəsi Goranboy rayonu Qarasuçu kənd tam orta məktəbində uğurla davam edir. Layihənin məqsədi məktəbəqədər yaşlı uşaqların sosial, emosional və intellektual inkişafına dəstək vermək, onların məktəbə hazırlıq səviyyəsini yüksəltməkdir.

Mubarizciler.az xəbər verir ki layihənin rəhbəri Eşqin Axundlu, bu təşəbbüsün cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirir. O qeyd edir ki, "Ağ göyərçinlər" uşaqlara təkcə bilik deyil, həm də həyat bacarıqları qazandırmaq məqsədi daşıyır. Layihədə uşaqların şəxsiyyət kimi formalaşması, azad düşünməsi və ətraf mühitə uyğunlaşması ön plandadır.

Tədris prosesi tərbiyəçi-müəllim Kərimzadə Nigar tərəfindən peşəkarcasına həyata keçirilir. Müasir təlim metodlarından istifadə olunmaqla keçirilən məşğələlər uşaqlarda maraq və motivasiyanı artırır. Rəngarəng dərslər, yaradıcı tapşırıqlar, oyunlar və əyləncəli təlim metodikası uşaqların tədris prosesinə aktiv şəkildə qoşulmasına şərait yaradır.

Layihə çərçivəsində həm valideynlərlə maarifləndirici görüşlər keçirilir, həm də icma üzvlərinin layihəyə cəlb olunması təmin olunur. Bu isə məktəbəqədər təhsilin yalnız pedaqoji deyil, ictimai bir məsuliyyət kimi qəbul edilməsinə xidmət edir.

"Ağ göyərçinlər" layihəsi, məktəbəqədər təhsilin keyfiyyətini artırmaqla yanaşı, uşaqların gələcək təhsil həyatına sağlam təməl qoyur. Layihənin gələcəkdə digər icmalarda da tətbiqi üçün nümunə olacağına inanılır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar