Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Anar Məmmədov Tərtərdə vətəndaşların müraciətlərini dinləyib FOTOLAR

Tarix: 28-04-2025 14:57     Baxış: 1 078

Milli Məclisin deputatı Anar Məmmədov YAP Tərtər rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.

Mubarizciler.az xəbər verir ki, qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.

Qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sahələr ilə bağlı müraciətlər səsləndirilib.

Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

Qeyd edək ki, millət vəkili Anar Məmmədov davamlı olaraq vətəndaşlarla görüşlər keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görür.

Qəbuldan sonra A. Məmmədov şəhid ailələrini ziyarət edib.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar