Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Azərbaycan İlahiyyat İnstitutu Ağstafa rayonunda maarifləndirici tədbir keçirib FOTOLAR

Tarix: 25-04-2025 16:24     Baxış: 1 673

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti və təhsil imkanları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq, eləcə də 2025–2026-cı tədris ili üzrə yüksək intellektə və savada malik gəncləri cəlb etmək məqsədilə ölkənin müxtəlif bölgələrində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlərini davam etdirir.

Bu istiqamətdə növbəti səfər Ağstafa rayonuna həyata keçirilib. 

Mubarizciler.az xəbər verir ki, tədbirdə institutun Dinşünaslıq kafedirasının müdiri Fəlsəfə doktoru dosent Anar Qafarov şagirdlərə Aİİ-nin ixtisasları, tədris proqramları, qəbul şərtləri, eləcə də tələbələrə təqdim edilən imkanlar – təqaüd sistemi, yataqxana şəraiti, praktik fəaliyyət və xarici əlaqələr barədə ətraflı məlumat verib.

Tədbir zamanı Aİİ-nin əsas məqsədinin milli-mənəvi dəyərlərə sadiq, elmi biliklərə yiyələnmiş, tolerant və sağlam düşüncəli gənclərin yetişdirilməsi olduğu vurğulanıb.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov da tədbirdə iştirak edib. O, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib və bölgə məktəblərində bu cür maarifləndirmə işlərinin vacibliyini qeyd edib.

Görüş qarşılıqlı sual-cavab və diskussiya şəklində davam edib. Şagirdlər təhsil prosesi və qəbul qaydaları ilə bağlı onları maraqlandıran suallara ətraflı cavab alıblar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar