Xəbər lenti

Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində FOTOLAR

Tarix: 25-04-2025 15:37     Baxış: 721

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Mubarizciler.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.

Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.

Sonra dövlət başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət ediblər.

Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlət başçısı qeyd edib ki, Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını deyib.

Birinci xanım Mehriban Əliyeva da öz növbəsində Papa Fransisklə görüşlərini məmnunluqla xatırlayıb.

Vladimir Fekete dövlət başçısına və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirib. O, Roma Papasının katolik kilsənin lideri kimi bir nümunə olduğunu deyib.


















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar