Xəbər lenti

Gülsüm Əliyevadan açıqlama

Tarix: 24-04-2025 17:05     Baxış: 238

Respublikainfo.com hər zaman ictimai-siyasi məsələlərlə bağlı bütün mühüm məsələlərdə daim dürüstlük prinsipləri ilə media fəaliyyətini davam etməkdədir.

GÜLSÜM ƏLİYEVA : SON VAXTLAR MÜTƏŞƏKKİL XARAKTER ALMIŞ SOSİAL ŞƏBƏKƏ TERRORUNA SON QOYULMALIDIR

TANINMIŞ HƏKİM GÜLSÜM ƏLİYEVANIN MÜRACİƏTİ

SON GÜNLƏR AZƏRBAYCANDA BİR SIRA HƏKİMLƏRƏ QARŞI İTTİHAMEDİCİ VƏ MÜXTƏLİF ŞƏKİLDƏ HEÇ BİR ƏSASI OLMAYAN, EYNİ ZAMANDA DA HƏKİMLƏRDƏN XƏBƏRSİZ MƏTBUATDA YAZILARA RAST GƏLİRİK. LAKİN BURADA MEDİA QANUNLARINA RİAYƏT OLUNMUR. BU DA ONDAN XƏBƏR VERİR Kİ, YAZILAR QƏRƏZLİDİR.

“VMR ESTETİK” KLİNİKASININ HƏKİMİ GÜLSÜM ƏLİYEVA HAQQINDA DA BU GÜNLƏRDƏ HAQSIZ VƏ ŞƏR- BÖHTAN XARAKTERLİ YAZILAR YAYIMLANIR.

BELƏ QƏRƏZLİ VƏ HAQSIZLIQ EDƏNLƏR UNUTMAMALIDIRLAR Kİ, HÜQUQİ DÖVLƏTDƏ YAŞAYIRIQ. HƏR BİR ƏMƏLİN DƏ MÜTLƏQ QARŞILIĞI VAR VƏ OLUR. MƏHZ BU MƏSƏLƏRLƏ BAĞLI HƏKİM GÜLSÜM ƏLİYEVA ÖZ SOSİAL ŞƏBƏKƏ HESABINDA İCTİMAİYYƏTƏ MÜRACİƏT EDİB.

QEYD EDƏK Kİ, HƏKİM GÜLSÜM ƏLİYEVA TİBB ÜZRƏ ALİ TƏHSİLLİDİR VƏ UZUN İLLƏRDİR Kİ,UĞURLU TİBBİ FƏALİYYƏTLƏ MƏŞĞULDUR.

HƏMİN MÜRACİƏTİ OLDUĞU KİMİ SİZƏ TƏQDİM EDİRİK:

“Mən heç vaxt məni seçmiş və mənə inanmış pasiyentlərimi köməksiz vəziyyətdə qoymamışam. Hər zaman pasiyentimin yanında olmuşam və bundan sonra da olacağam. İstənilən məsələni qarşılıqlı anlayışla həll etməyi bacaran biri olaraq vətəndaşlarımıza bildirmək istəyirəm ki, hər nə baş verməsindən asılı olmayaraq, bütün məsələləri həkiminizlə birlikdə həll etməyə çalışın. Kənardan sizə “ağıl” öyrədənlər, sizi idarə etməyə çalışanlar sona qədər sizin yanınızda olmayacaqlar. Onların öz maraqları var və maraqları təmin olunduqdan sonra onlar sizinlə əlaqələrini kəsəcəklər. Bu hal başqa kolleqalarımızın da təcrübəsində yaşanıb. Hansısa şəxs və ya şəxslər sizin sağlamlığınızı bərpa etməyəcəklər. Hansısa şəxs və ya şəxslər dövləti təmsil etmirlər.

Bütün hallarda məsələlərin həll danışıqlardan və birgə səydən keçir. Hədə-qorxu gəlmək, sosial şəbəkələrdə paylaşımlar etmək, şər – böhtan atmaq kimlərinsə dolanışıq yeri, üslubu və seçimi ola bilər. Amma heç bir həkim, yaranmış anlaşılmazlığın həllini öz imkanlarından kənarda axtarmır və axtarmaqda maraqlı da deyil. Dünyada elə bir həkim, elə bir klinika yoxdur ki, pasiyentlə xırda münasibət pozuntusu halı yaşamasın. Guya inkişaf etmiş ölkələrdə, məsələn; Amerikada, Almaniyada, Türkiyədə, Rusiyada, Çində, Yaponiyada həkimlərin fəsadları müşahidə olunmur? Onlar məsələləri sosial şəbəkədəmi həll edirlər?

 

Bundan əlavə də, unutmamalıyıq ki, estetik prosedurlardan sonra yaranan fəsadların böyük əksəriyyəti pasiyentlərin özlərinə düzgün qulluq etməmələrindən yaranır. Elə pasiyentlər var ki, hansısa prosedurdan öncə onun üzünü bizim əməkdaşlar yuyub təmizləyirlər. Biz bunu sosiallaşdırırıq? Yox! Çünki biz öncə pasiyentin şəxsiyyətinə, sonra da öz peşəmizə hörmətlə yanaşırıq və çalışırıq ki, belə nöqsanlar həkimin xidməti otağından kənara çıxmasın. Ona görə də, düşünürəm ki, hər bir vətəndaş belə məsələlərdə diqqətli olmalıdır və son vaxtlar ölkəmizdə mütəşəkkil xarakter almaqla tüğyan edən sosial şəbəkə terroruna son qoyulmalıdır”.

 

https://respublikainfo.com/wp-content/uploads/2025/04/Screenshot_20250424_135329_Instagram-750x885-1.jpg 750w" sizes="(max-width: 300px) 100vw, 300px" style="height:auto;max-width:100%;padding:0px;border:0px;font:inherit;" class="fr-fic fr-dii">

Əməliyyatsız estetika üzrə mütəxəssis Gülsüm Əliyeva

 

QEYD : MÖVZUNU DİQQƏTDƏ SAXLAYACAĞIQ. HƏKİM ÖZ HÜQUQLARINI QANUN ÇƏRÇİVƏSİNDƏ MÜDAFİƏ EDƏCƏK. ONA QARŞI TƏHDİD, İCTİMAİ NÜFUZA XƏLƏL VƏ DİGƏR BU KİMİ HƏRƏKƏT EDƏNLƏRİN QANUN ÇƏRÇİVƏSİNDƏ MƏSULİYYƏT DAŞIYIRLAR.

 

Respublikainfo.com Media Qrupu 

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar