Gəncədə "117 ağacəkmə" aksiyası uğurla yerinə yetirilib FOTOLAR
Azərbaycan ədəbiyyatında və elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibətilə keçirilən "117 ağacəkmə" aksiyası Heydər Əliyev Park Kompleksində uğurla davam etdirilib.
Mubarizciler.az ın məlumatına görə, aksiyada ADA Universitetinin nümayəndəsi Babək Şərifov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə şəhər Mir Cəlal Paşayevin Ev Muzeyinin direktoru Ülviyyə Babayeva, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir neçə ümumi təhsil məktəblərinin direktorları, bir qrup müəllim və şagird kollektivi, KİV nümayəndələri və bir neçə başqa mötəbər qonaqlar iştirak ediblər.
Xəbəri paylaş



