Xəbər lenti

Elmin Məmmədtağıyev kollektivə təqdim edilib FOTOLAR

Tarix: 22-04-2025 23:04     Baxış: 6 657

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Gəncə-Daşkəsən Regional Təhsil  İdarəsinin müdir müavini vəzifəsinin icrası həvalə edilmiş Elmin Məmmədtağıyev kollektivə təqdim edilib. 

Mubarizciler.az xəbər verir ki, təqdimat tədbirində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və idarə əməkdaşları iştirak ediblər. 

Tədbirdə çıxış edən Elçin Kərimov Elmin Məmmədtağıyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.  

İdarənin digər müdir müavini Rövşən Kərimov isə çıxış edərək yeni təyinat münasibətilə Elmin Məmmədtağıyevi təbrik edib, onun fəaliyyətinin GDRTİ-nə  töhfə verəcəyinə inandığını bildirib. 

Elmin Məmmədtağıyev çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.

Qeyd edək ki, Elmin Məmmədtağıyev həmçinin Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri kimi fəaliyyət göstərir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar