Xəbər lenti

İşsizlərə ayda 200 manat verilir? - Rəsmi açıqlama 0

Tarix: 20-02-2023 13:52     Baxış: 985

Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 MUBARİZCİLER.AZ xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Məsələ ilə bağlı bildirilib ki, hazırda “Məşğulluq haqqında” qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil: "Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçuların sayı, ştatların ixtisar edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilibsə onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər.

 

Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət edərək qeydiyyata düşə bilər. Bir daha qeyd edirik ki, yayılan məlumatlarda qeyd edildiyi kimi, işsiz kimi qeydiyyatda olan şəxslərə hər hansı ödənişin verilməsi məsələsi gündəmdə deyil. Vətəndaşlardan ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyan bu dezinformasiyalara inanmamağı, yalnız rəsmi məlumatları əsas götürməyi xahiş edirik".



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar