Xəbər lenti

Masallı polisi "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda maarifləndirici görüş keçirib FOTOLAR

Tarix: 19-04-2025 00:27     Baxış: 1 358

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Dəfinə" məktəb-liseyində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda maarifləndirici görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin rəisi polis polkovniki Azay Ağayev, rayon təhsil sektorunun müdiri Elman Rzayev və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri narkomaniyanın və erkən nikahların səbəb olduğu ağır nəticələrdən danışıblar.

 Bu kimi neqativ halların cəmiyyətimizin sağlam gələcəyi üçün yarada biləcəyi təhdid və təhlükələrdən söz açıblar. 

Görüşdə həmçinin ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyən abituriyentlərə DİN-in Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, məktəblilərin müzakirə olunan mövzularla bağlı sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar