Xəbər lenti

Azər Məmmədov Bərdə rayonunda vətəndaşları qəbul edib FOTOLAR

Tarix: 18-04-2025 20:44     Baxış: 637

“Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi.

Mubarizciler.az ın məlumatına görə Aprelin 18-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Bərdə şəhərində növbəti vətəndaş qəbulu keçirilib. 

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib önünə gül dəstələri düzülərək xalqın müdrik oğlunun əziz xatirəsi ehtiramla yad edilib.

Bərdə rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutan görüşdə Birliyin baş direktoru Azər Məmmədov Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Birliyin baş direktoru görüşdə iştirak edən 60-dan artıq vətəndaşın hər birini fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər məsələlərin isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti struktur bölmələrə göstəriş verilib. Görüş zamanı müraciət edən sakinlərə fərdi mənzillərin qazlaşdırılması, sayğac quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul prosesi və s. məsələlərlə bağlı prosedurlar barədə də ətraflı məlumat verilib. Ünvanlanan müraciətlərin icrası nəzarətə götürülüb və nəticələri barədə vətəndaşlara əlavə məlumatların veriləcəyi bildirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar