Şəmkirin icra başçısı şəhid ailələri ilə görüş keçirdib FOTOLAR
Şəmkir rayonunda şəhid ailələri, qaziləri və müharibə veteranlarının sosial problem və qayğılarını operativ şəkildə həll etmək üçün onlarla mütəmadi olaraq görüşlər keçirilir, qarşılaşdıqları problemlərin anında aradan qaldırılması üçün məqsədyönlü tədbirlər davam etdirilir.
Mubarizciler.az xəbər verir ki, Rəşad Tağıyev Şəmkir rayon Sabirkənd kəndində şəhid ailələri ilə görüş zamanı bildirib ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq. Şəmkir rayonunda da onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri, göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndirdilər.
Xəbəri paylaş



