Xəbər lenti

Bakı şəhər Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub FOTOLAR

Tarix: 18-04-2025 15:36     Baxış: 805

Aprelin 18-də Baş prokuror Kamran Əliyevin iştirakı ilə Bakı şəhər Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Tədbirdə Baş Prokurorluğun rəhbər şəxsləri, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə inzibati binada yerləşən Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub, ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra iştirakçılar yeni inzibati binada yaradılan müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş rahat və funksional infrastrukturla tanış olublar.

Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı, hüquq-mühafizə sisteminin inkişafı istiqamətində atılan mühüm addımların bariz nümunəsidir. Yeni inzibati binanın istifadəyə verilməsi də məhz dövlətimizin başçısının bu sahəyə olan xüsusi münasibətinin və dəstəyinin nəticəsidir.

Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür. Məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir. İstifadəyə verilən yeni inzibati bina isə həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək.

Sonda Baş prokuror cənab Kamran Əliyev kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar