Xəbər lenti

Goranboyun İcra başçısı sel sularının qarşısının alınması istiqamətində ciddi tapşırıqlar verib və ərazidə olmuşdu FOTOLAR

Tarix: 16-04-2025 17:55     Baxış: 847

Goranboyda intensiv yağışlar nəticəsində yaranan sel sularının geniş miqyasda ərazilərə dolmasının və baş verə biləcək  fəsadların qarşısının alınması  istiqamətində operativ  işlər aparılır.

Mubarizciler.az xəbər xəbər verir ki, 15-16 aprel 2025-ci il tarixlərdə, Goranboy rayonu ərazisində intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi nisbətən artmış, rayonun bəzi yaşayış məntəqələrində, o cümlədən Tap Qaraqoyunlu kəndində kənddaxili küçələrə, bir neçə fərdi təsərrüfata, Goranlı və Qazançı kəndlərinə gedən əsas avtomobil yoluna su dolmuşdur. 

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tap Qaraqoyunlu kəndində mövcud vəziyyətlə yerində maraqlanmış, RİH yanında Fövqəladə Hallar Komissiyası ərazilərə baxış keçirmiş, Suvarma Sistemlərinin İstismarı İdarəsinin texnikaları ərazilərə cəlb olunaraq sel sularının geniş miqyasda ərazilərə dolmasının qarşısının alınması və baş verə biləcək  fəsadların aradan qaldırılması istiqamətində operativ  işlər aparılmışdır. Qeyri sabit hava şəraiti davam edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar