Xəbər lenti

Respublika Fənn Olimpiadalarının finalçıları ilə görüş keçirilib FOTOLAR

Tarix: 16-04-2025 10:25     Baxış: 497

15 aprel tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsində Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanmış şagirdlərlə, onların fənn müəllimləri və məktəb direktorları ilə görüş təşkil olunub. 

Mubarizciler.az xəbər verir ki, görüşə rəhbərlik edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Cavad Cavadov iştirakçıları təbrik edərək, onların uğurlarını yüksək qiymətləndirib və gələcək mərhələyə hazırlıqla bağlı müzakirələr aparıb. Cavad Cavadov çıxışında qeyd edib ki, hər il final mərhələsində iştirak edən şagirdlərin sayında artım müşahidə olunur və bu, təhsilin keyfiyyətindəki inkişafın göstəricisidir. O, şagirdlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün sistemli addımların atılacağını bildirib. Görüş zamanı fənn müəllimləri və məktəb rəhbərləri hazırlıq prosesində qarşılaşılan çətinliklər və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirin sonunda şagirdlərə uğurlar arzulanıb və onların gələcək uğurları üçün dəstəyin davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bu il Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdən 43 şagird Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak edəcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar