Xəbər lenti
18-11-2024, 12:06
 

Elçin Tağıyev: Son illər elektrik enerjisinin ixracatçısı kimi mövqeyini daha da gücləndirib və bu sahədə getdikcə daha böyük uğurlara imza atmaqdadır. 0

Tarix: 20-02-2023 00:31     Baxış: 991

Son illər elektrik enerjisinin ixracatçısı kimi mövqeyini daha da gücləndirib və bu sahədə getdikcə daha böyük uğurlara imza atmaqdadır. 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasi fəaliyyətə başlayan zamandan indiyədək alternativ enerji mənbələrinin yaradılması, böyük enerji layihələrinin həyata keçirilməsi istiqamətində konkret addımlar atılır və bu proses bugün də davam etdirilir.  Azərbaycanın ənənəvi enerji növləri sahəsində malik olduğu zəngin potensial ölkəmizin tələbatına tam cavab versə də, perspektiv inkişaf baxımından mütləq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində Prezident İlham Əliyev qarşıya konkret vəzifələr qoyub və müvafiq göstərişlər verib. Mühüm amillərdən biri də ondan ibarətdir ki, yeni elektrik stansiyalarının tikintisi zamanı müasirliyə və ekologiya məsələlərinə xüsusi diqqət yetirilir. Həmçinin elektrik stansiyalarının tikintisində həmişə ən müasir texnologiyalardan istifadə olunmasına, etibarlılıq və ekoloji cəhətdən təmizlik prinsiplərinə üstünlük verilir. Bildiyimiz kimi,cari ilin fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.Cənab Prezident öz çıxışında bir sıra tarixi faktları diqqətə çatdırdı. 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda-2025-ci ildə tam inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.

Bəli, biz doğrudan da  bütün sahələrdə olduğu kimi, enerji sahəsində də son illərdə böyük uğurlara imza atıldığının şahidi oluruq.  Eyni zamanda xüsusilə qeyd ediləcək məsələ stansiyanın müasir standartlara cavab verməsi və  nəticədə karbon qazının miqdarının çox böyük dərəcədə – 2 milyon ton azalmasıdır ki, bu da ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Və təbii ki, həmin stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcəkdir. Ümumilikdə stansiyanın fəaliyyətə başlaması Azərbaycanın enerji sahəsindəki maraqlarına layiqincə təmin edir. 

Azərbaycan elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlayıb.

Elçin Tağıyev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar