Şəmkirdə hesabat yığıncağı keçirilib FOTOLAR
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak etdilər.
Mubarizciler.az xəbər verir ki, tədbirdə hesabat məruzəsi ilə çıxış edərək bildirdik ki, Prezident İlham Əliyevin məqsədyönülü siyasəti nəticəsində ölkəmizdə yaradılan ictimai-siyası sabitlik şəraitində Şəmkir rayonunda 2024-cü ildə də sosial-iqtisadi sahədə dinamik inkişaf təmin edilib. Hesabat ilində rayon İcra Hakimiyyətidə geniş Fəaliyyət Planı təsdiq edilib və nəzərdə tutulan işlərin böyük bir hissəsinin icrası təmin olunub.
Şəmkir Rayon İcra Hakimiyyətində vətəndaş müraciətləri və qəbulların təşkili haqqında məlumat verərək qeyd etdik ki, 2024-cü ildə Şəmkir RİH-də vətəndaşların qəbulu təsdiq olunmuş qrafik əsasında RİH başçısının, müavinlərin, struktur bölmə rəhbərlərinin vətəndaş qəbulları keçirilib, eyni zamanda “Bir pəncərə” xidmət mərkəzində vətəndaşların qəbulu, onların müraciətlərinin qeydə alınması, aidiyyəti üzrə cavablandırılması təmin olunub. Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının növbədənkənar qəbulları təmin olunub.
Bununla yanaşı vətəndaşların problemləri və qaldırdıqları məsələlərlə yerində tanış olmaq məqsədilə RİH başçısı tərəfindən həftədə 1 gün səyyar qəbullar təşkil edilib. 2024-cü il ərzində rayonun bütün ərazisini əhatə etməklə ümumilikdə 44 səyyar qəbul təşkil edilib.
2024-cü ildə şəhid ailələri, qazilər, veteranlar və aztəminatlı ailələrlə aparılmış işin nəticələrindən danışdıq, postmüharibə dövründə bu kateqoriyadan olan 300 nəfərdən çox vətəndaşın daimi işlə təmin edildiyini, onların müxtəlif səpgili problemlərinin həlli, sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə dəstək tədbirlərinin görüldüyünü, həmçinin maddi yardımlar edildiyini vurğuladıq.
2024-cü ildə rayonun makroiqtisadi göstəriciləri barədə məlumat verərək bildirdik ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş tapşırıqlar və tövsiyələr, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası 2024-cü ildə də Şəmkir rayonunda uğurla davam etdirilib. Nəticədə rayonun əsas makroiqtisadi göstəricilərində əvvəlki dövrlərə nisbətən nəzərə çarpacaq artım əldə edilib.
Hesabat ili ərzində Şəmkir rayonunda 1 156 495 000,00 manatlıq ümumi məhsul istehsal edilib ki, bunun da 68,8 faizi kənd təsərrüfatının payına düşüb. 2023-cü ilin göstəricilərinə əsasən Şəmkir rayonu kənd təsərrüfatı məhsullarının həcminə görə respublikada 1-ci, ümumi məhsul buraxılışının həcminə görə 6-cı yerdə olduğunu qeyd edərək bildirdik ki, 2024-cü ildə kənd təsərrüfatı məhsullarının həcmi daha da artıb, əvvəlki ilin nəticələri yaxşılaşdırılıb.
Eyni zamanda 2024-cü ildə rayon iqtisadiyyatında investisiya qoyuluşu davam edib, layihələrin icrası nəticəsində 412 iş yerinin açılması planlaşdırılır.
Məruzədə vurğuladıq ki, bütün bunlar sahibkarlar üçün yaradılmış əlverişli biznes mühitinin, süni maneələrin aradan qaldırılması nəticəsində baş verib.
Hesabat yığıncağında rayon ərazisində aparılmış abadlıq-quruculuq işlərinə də toxunduq. Xüsusi vurğuladıq ki, tərtib edilmiş plana uyğun icra edilən layihə çərçivəsində Şəmkir şəhərinin 6 küçəsində və rayonun Çinarlı qəsəbəsində ümumi uzunluğu 5,5 km olan yollara yeni asfalt-beton örtüyü çəkilib, 5,0 km yolda isə asfalt örtüyünün təmiri işləri aparılıb. Daha bir layihənin icrası nəticəsində Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində yerləşən 6 yaşayış məntəqəsində - Abbaslı, Könüllü, Aşağı Seyfəli, Qədimqala, Əliyaqublu və Dəllər Cəyir kəndlərində ümumilikdə 350-dən çox fərdi yaşayış evində təmir işləri aparılıb, dam örtükləri təmir edilib, 1915 metr uzunluğunda hasarlar çəkilib, həmçinin rayonun Göygöl və Tovuz rayonları istiqamətindən girişlərində “Şəmkir rayonu” yazısının əks olunduğu xüsusi qurğular tikilib.
Bununla yanaşı mənzil istismar sahələrinin balansında olan Şəmkir şəhərində yerləşən 5, rayonun Sarıtəpə kəndində yerləşən 3, Kür qəsəbəsində yerləşən çoxmərtəbəli 2, ümumilikdə 10 yaşayış evini dam örtüklərinin əsaslı təmiri işləri həyata keçirilib.
Hesabat dövrü ərzində Şəmkir şəhərinin təmizliyinə, tullantıların vaxtlı-vaxtında daşınmasına, bütövlükdə kommunal sahədə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına xüsusi diqqət göstərilib. RİH tabeliyində fəaliyyət göstərən Kommunal Müəssisələr Kombinatı tərəfindən irihəcmli və müasir tələblərə cavab verən tullantı konteynerlərinin istehsalı davam etdirilib, ümumilikdə 200-dən çox konteyner istehsal olunaraq Şəmkir şəhərinin küçələrində müvafiq normalara uyğun yaradılmış meydançalarda quraşdırılıb.
Bununla yanaşı görülmüş tədbirlər nəticəsində Kombinatın xidmət göstərdiyi ərazilərin əhatə dairəsi genişləndirilib, rayonun Əliyaqublu kəndində də tullantı konteynerləri yerləşdirilib və tullantıların daşınması xidməti təşkil olunub. Cari ildə xidmət ərazisinin daha da genişləndirilməsi, bələdiyyələrlə birlikdə məişət tullantılarının daşınması işinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub.
Həmçinin KMK-nın nəzdindəki müvafiq briqadalar tərəfindən davamlı olaraq şəhər ərazisindəki yaşıllıqlara qulluq və onların sahəsinin genişləndirilməsi işləri aparılıb, 5 mindən çox müxtəlif növ ağac və kollar əkilib.
Həmçinin Şəmkir şəhərinin M.Ə.Rəsulzadə, Rüstəm Əliyev və Şəmkir küçələrinin işıqlandırılma sistemi yenidən qurulub, 130 ədəd projektor quraşdırılaraq küçələrin işıqlandırılması təmin olunub.
Qeyd etdik ki, 2024-cü il Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar olaraq Şəmkir RİH tərəfindən tədbirlər planı hazırlanıb və 2024-cü il ərzində uğurla icra edilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, həmçinin dövlət bayramları, əlamətdar günlərlə bağlı çoxsaylı tədbirlər keçirilib, dəyirmi masalar, konfranslar və ağacəkmə aksiyaları təşkil olunub. Ağacəkmə aksiyaları çərçivəsində ümumilikdə 20 minə yaxın müxtəlif ağac və kollar əkilib.
Daha sonra RİH-nin aidiyyəti xidmət təşkilatları ilə birgə yerinə yetirdiyi işlər haqqında məlumat verdik, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu ilə təminatı, həmçinin telekommunikasiya sahəsində görülmüş işlərə dair konkret göstəriciləri təqdim etdi, görülmüş işlərə müvafiq qurumlara təşəkkürümüzü çatdırdıq.
Hesabat məruzəsindən sonra tədbir iştirakçılarının suallarını cavablandırdıq.
Daha sonra məruzə ətrafında Şəmkir rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun və Şəmkir Gənclər Evinin rəhbəri İlkkin Musayevin çıxışları dinlənildi.
Xəbəri paylaş



