Xəbər lenti

Naftalanda Polis məktəblilərin qonağı olub FOTOLAR

Tarix: 13-04-2025 01:13     Baxış: 3 080

Naftalan şəhər Polis şöbəsinin  təşkilatçılığı və təşəbbüsü ilə Naftalan şəhər 1 nömrəli tam orta məktəbdə muəllim-şagird kollektivinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə” ,“ağ ölümün” törətdiyi fəsadlar, “narkotik vasitələrə aludəçiliyin acı nəticələri”",erkən nigahın fəsadları" mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Naftalan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Zaur Bədəlov çıxış edərək bildirib ki, narkomaniya bəlasının ictimai təhlukəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir. Polis polkovniki diqqətə çatdırıb ki, narokomanlıq yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir, hər bir vətəndaş bu bəlaya qarşı mubarizəyə qoşulmalıdır. 

 Naftalan şəhər İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva erkən nigah və qohum evliliyinə qarşı mubarizənin əhəmiyyətindən danışıb.   

 Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Nelgün Vəliyeva qeyd etmişdir ki, yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.

 Məktəbin direktoru  Zamanov Fuad yeniyetmələrin zərərli vərdişlərdən-narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin böyuk əhəmiyyət kəsb etdiyini vurğulayaraq ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.   

 Daha sonra polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinləmiş, müəllim və şagirdləri maraqlandıran suallara cavab vermişlər.

Sonda Naftalan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Zaur Bədəlov məktəbin məktəblilərarası fənn müsabiqəsinin şəhər mərhələsində yüksək bal toplamış şagirdi Aybigə Həsənliyə qiymətli hədiyyə təqdim etmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar