Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Naftalanda Aprel şəhidi Vaqif Bayramovun xatirəsi anılıb FOTOLAR

Tarix: 11-04-2025 23:16     Baxış: 2 541

Məktəbin məzunu Aprel döyüşləri şəhidi mayor Vaqif Bayramovun xatirəsi ehtiramla anılıb

Mubarizciler.az xəbər verir ki, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Aprel döyüşlərində şəhadətə ucalmış məktəbin məzunu mayor Vaqif Bayramovun xatirəsinə həsr edilmiş “Aprel döyüşlərindən başlayan Zəfər“ adlı tədbir keçrilib.Əvvəlcə Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan tarixi üçün önəmini vurğulayaraq, bu qələbənin xalqımızın qətiyyətini, ordumuzun gücünü və dövlətimizin sarsılmaz iradəsini nümayiş etdirdiyini bildiriblər. Qeyd olunub ki, Aprel döyüşləri işğal olunmuş torpaqların azad olunması yolunda ilk real addım, Vətən müharibəsində əldə edilən Zəfərin başlanğıcı olub. 

Şəhidin ailə üzvləri çıxış edərək, onlara və bütövlükdə bütün şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Şəhid mayor Vaqif Dilqəm oğlu Bayramov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Vaqif Bayramovun qardaşı Mehman Bayramov Birinci Qarabağ müharibəsində şəhid olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar