Xəbər lenti
21-04-2025, 11:54
 

Baş prokuror Aleksandr Zuyevlə görüşdü FOTOLAR

Tarix: 11-04-2025 22:57     Baxış: 462

Aprelin 11-də Baş prokuror Kamran Əliyev BMT-nin qanunun aliliyi və təhlükəsizlik məsələləri üzrə Baş katibinin köməkçisi Aleksandr Zuyev ilə görüş keçirib.

Mubarizciler.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror qonağı salamlayaraq, Azərbaycanla BMT arasında formalaşmış səmərəli tərəfdaşlığı yüksək qiymətləndirib. 

Kamran Əliyev 2024-cü ilin noyabr ayında Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Bakıda təşkil olunmuş COP29 Konfransının böyük uğurla keçirilməsini və onun mühüm nəticələrini vurğulayıb.

Aleksandr Zuyev COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, konfrans çərçivəsində Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunmuş hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksək səviyyəli plenar iclasın uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə həmçinin 2025-ci ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ilə bağlı hazırlıq prosesi müzakirə olunmuş, “Troyka” prinsipi əsasında BƏƏ, Azərbaycan və Braziliya arasında əməkdaşlığın davam etdirilməsi və bu çərçivədə hüquq-mühafizə orqanlarının iştirakını təmin edən növbəti yüksək səviyyəli tədbirin təşkili ilə bağlı məsələlərə toxunulub.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub, o cümlədən Azərbaycanın prokurorluq əməkdaşlarının BMT-nin müxtəlif institutlarında təlim və ezam olunması imkanları da nəzərdən keçirilib.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar