Xəbər lenti

Qusar polisi məktəblilərlə görüşüb FOTOLAR

Tarix: 11-04-2025 11:07     Baxış: 1 120

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Caqarqışlaq kənd tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı  Emin Kərimov  Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Daha sonra  “Narkomaniyaya yox deyək”  mövzusunda çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru Ramik Nəzərov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib.

Çıxış edənlər, həmçinin erkən nikahın fəsadları barədə də dinləyiciləri məlumatlandırıblar.

Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar