Xəbər lenti

Yevlağın İcra başçısı səyyar qəbul keçirib FOTOLAR

Tarix: 10-04-2025 18:34     Baxış: 980

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Yuxarı Qarxun kəndində keçirmişdir. 

Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri iştirak edirdi. 

Mubarizciler.az xəbər verir ki, səyyar qəbul zamanı İcra Hakimiyyətinin Başçısı tərəfindən hər bir vətəndaşın müxtəlif mövzulardakı müraciəti diqqətlə dinlənilmiş,

səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

Həlli edilməsi üçün araşdırma  tələb edilən məsələlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələr verilmiş, digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Səyyar qəbulu razılıqla qarşılayan sakinlər onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar