Xəbər lenti

Daşkəsənin İcra başçısı səyyar qəbul keçirib FOTOLAR

Tarix: 10-04-2025 17:05     Baxış: 665

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 09.04.2025-ci il tarixdə Zağalı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Zağalı kəndində keçirilən növbəti səyyar qəbulunda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. 

İcra başçısı Orxan Abbasov giriş nitqində: “Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial siyasətin əsas mahiyyəti vətəndaş məmnunluğudur. Biz də bu prinsipi rəhbər tutaraq, hər bir kənd sakininin problemini diqqətdə saxlayırıq və yerlərdə keçirilən mütəmadi səyyar görüşlərimiz məhz bu məqsədə xidmət edir”, – deyə vurğulayıb.

Sonra rayon rəhbəri  sakinlərin fərdi qaydada müraciətlərini dinləyib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya aidiyyəti qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Zağalı kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar