Elçin Kərimov Goranboyda vətəndaşların müraciətlərini dinləyib Fotolar
Aprelin 9-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Goranboy rayonunda vətəndaşları qəbul edib.
Mubarizciler.az xəbər verir ki, keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Elçin Kərimov qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, idarə müdirinin vətəndaş qəbulu hər həftənin cümə axşamı günü 15:00-dan etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında həyata keçirilir. Qəbulda iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən 146-0-2 Çağrı mərkəzinə zəng edə, 055-661-46-02 nömrəsi vasitəsilə "WhatsApp" tətbiqetməsi üzərindən
və ya info@ganja.edu.gov.az ünvanına yaza bilərlər.
Xəbəri paylaş



